Barizani namizədliyini irəli sürməyəcək
İyun 17, 2017 11:09 Asia/Baku
-
Məsud Barizani
İraq Kürdüstanının başçısı Məsud Barizani noyabrda keçiriləcək bu bölgənin başçısı seçkilərində namizədliyini irəli sürməyəcək.
Əl-Aləmin verdiyi məlumata görə, Barizani Farin Palisi qəzetinə verdiyi müsahibədə bunu deyib.
2015-ci il 19 avqustda Məsud Barizaninin İraqın Kürdüstanına başçılıq müddətinin sona çatmasından sonra vaxtaşırı olaraq bu ərazidə iqtisadi və siyasi duruma qarşı etirazlar müşahidə olunub. Məsud Barizaninin başçılıq etdiyi İraqın Kürdüstan Demokrat Partiyası dəfələrlə onun ən yaxşı seçim olduğunu bildirib. Patiyanın israrı və müxalifətin yox cavabı nəhayət dəyişiklik hərəkatı nümayəndələrinin yerli idarəçilikdən qovulmaları və parlament sədri Yusif Məhəmməd Sadiqin də vəzifəsindən kənarlaşması ilə nəticələndi.