Eritre və Cibuti arasında ixtilaf; Fars körfəzindəki ixtilafın nəticəsi
-
Stefan Ducarik
BMT baş katibinin sözçüsü Eritre və Cibuti arasında baş qaldıran ixtilafları Ərəb ölkələriilə Qətər arasında yaranmış ixtilaflardan qaynaqlandığını deyib.
Əl-Cəzirə informasiya kanalının verdiyi məlumata görə, Stefan Ducarik deyib: Hal hazırda Eritre və Cibuti arasında yaşananlar Fars körfəzi böhranının təsirləridir.
Ducarik əlavə edib: "Bu, kənar təsirlərdəndir. Tam əminliklə inanıram ki, hazırkı məqamda bu kimi mənfi təsirlərə ehtiyaclı deyildik. Fars körfəzi məntəqəsi müxtəlif məsələlər ilə üz-üzədir. Bunlardan biri də təhlükəsizlik məsələsidir. Suriya, İraq və digər region ölkələrində yaşanan problemləri həll etmək üçün regional diplomatik cəbhənin yaradılmasına ehtiyac var. BMT-nin baş katibi regionda belə bir birliyin şahidi olacağına ümidvardır."
Cibuti cümə günü Eritreni iki ölkənin sərhəd məntəqəsində yerləşən ixtilaflı əraziləri işğal etməkdə ittiham edib.