Ərəbistanda yumşaq çevriliş; Kral oğlunu vəliəhd etdi
Səudiyyə Ərəbistanı kralı bir fərmanda Məhəmməd Bin Naifi vəliəhdlikdən kənarlaşdırıb və oğlu Məhəməd Bin Salmanı vəliəhd və öz canişini olaraq təyin edib.
Ərəbistanın VAS İnformasiya Agentliyi bildirib: Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz Məhəmməd Bin Naifi bütün vəzifələri, o cümlədən Nazirlər Şurası və Daxili İşlər Nazirliyinin rəhbərliyindən kənarlaşdırmala Əbdüləziz Bin Səudu yeni daxili işlər naziri olaraq təyin edib.
Səudiyyə Ərəbistanı kralının fərmanına əsasən oğlu yeni vəzifədən əlavə həmçinin Müdafiə Nazirliyinə rəhbərlik edəcək. Məhəmməd Bin Salman bundan öncə Ərəbistan vəliəhdinin canişini idi.
Bəndər Bin Feysəl Bin Bəndər Bin Əbdüləziz də kralın fərmanına əsasən təhlükəsizlik xidmətinin rəisinin müavini təyin olunub.
Analitiklərin qənaətincə, Səudiyyə Ərəbistanı kralının bu hərəkəti iqtidari övladına irs qoymaq üçün başladılan ssenarinin icrasıdır.
Kral Salmanın oğlunun vəliəhd təyin olunması ilə yanaşı qeyd edək ki, Səudiyyə ailəsinin təsisçisi kral Əbdüləzizin vəsiyyətinə əsasən iqtidar qardaşdan qardaşa keçməli idi. Belə ki, onun övladları yaşadığı müddətdə iqtidar şahzadələrin üçüncü nəslinə çatmasın. Ali-Səud 1932-ci ildən Səudiyyə Ərəbistanında iqtidardadır və həmişə bu ailədə iqtidar savaşı olmuşdur.