Ümumdünya Qüds Günündə iştiraka dəvət - Yəməndə
Yəməndə Ümumdünya Qüds Günü yürüşlərini təşkil edən komitə bu ölkə xalqını Ramazan ayının sonuncu cümə günü yürüşlərində iştiraka dəvət edib.
Yəmənin Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, bu komitə yaydığı bəyanatda bildirib: Ötən iki il yarım ərzində ABŞ, Ərəbistan və İsrailin yəməndə törətdikləri cinayətlərə, ağır bombardmanlar ilə şəhərləri xarabalıqlara çevirmələrinə və sivil insanları qırğın etmələrinə baxmayaraq, Yəmən xalqı Ümumdünya Qüds Günündə öz müqaviməti və dirənişini göstərmiş olacaq.
Yəməndə Qüds Günü Yürüşləri Komitəsi həmçinin bildirib: Yəmənlilər Ümumdünya Qüds Günündə vahid formada fələstinliləri himayə edəcək.
Bəyanatda həmçinin deyilir: "Qüds Günü" sadəcə Qüds şəhəri və ilin bir günü ilə məhdudlaşmır. Əslində "Qüds Günü" zülmə məruz qalan insanların dünyanın zalım qüdrətlərinə qarşı oyanış və qiyam günüdür.
Bu il Ümumdünya Qüds Günü 23 iyun tarixinə təsadüf edir.