Ali-Səud şahzadəsi Ərəbistanın yeni vəliəhdinə etiraz etdi
-
Ali-Səud şahzadəsi Ərəbistanın yeni vəliəhdinə etiraz etdi
Ərəbistanın yeni vəliəhdi Məhəmməd Bin Salman ilə beyət mərasimi Ali-Səud şahzadələrinin etiraz ilə üzləşib.
Ərəbistan kralı çərşənbə günü səhər bir fərman imzalayaraq, Məhəmməd Bin Naifi vəliəhdlikdən kənarlaşdırıb və onun yerinə öz oğlu Məhəmməd Bin Salmanı yeni vəliəhd və öz canişini təyin edib.
İRİB-nin verdiyi məlumata görə, çərşənbə günü axşam Məkkədə, Səfa sarayında təşkil edilən yeni vəliəhd ilə beyət mərasimi birbaşa olaraq Əl-Ərəbiyə, Əl-Hədəs və Əl-Əxbariyə telekanalları başda olmaqla müxtəlif telekanallardan yayımlanıb. Ali-Səud şahzadələrindən biri bu mərasimdə Məhəmməd Bin Salmanın önünə keçdiyi zaman ona kəskin formada etiraz edib.
Məhəmməd Bin Salmanın cangüdənləri dərhal həmin şahzadəni mərasimdən kənarlaşdırıblar.
Ərəbistan kralı öncəki kral Abdullahın vəsiyyətini pozaraq, ilk öncə Muqren Bin Əbdüləzizi vəliəhdlikdən kənarlaşdırmışdı. İndi də Məhəmməd Bin Naifi vəliəhdlikdən kənarlaşdıraraq, öz oğlunu yeni vəliəhd təyin etdi.