İsrail rejimi İranın güclənməsindən qorxur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i273816-İsrail_rejimi_İranın_güclənməsindən_qorxur
Təl-Əvivdə keçirilən Hertzeliya İllik Təhlükəsizlik Konfransının iştirakçıları İranın güclənməsindən qorxuya düşərək, İranın güclənməsinin qarşısının alınmasına təkid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2017 08:50 Asia/Baku
  • İsrail rejimi İranın güclənməsindən qorxur
    İsrail rejimi İranın güclənməsindən qorxur

Təl-Əvivdə keçirilən Hertzeliya İllik Təhlükəsizlik Konfransının iştirakçıları İranın güclənməsindən qorxuya düşərək, İranın güclənməsinin qarşısının alınmasına təkid ediblər.

İsrail ordusunun baş qərargah rəisi Qadi Ayzenkat deyib: Hizbullah hərəkatı İsrail üçün əsas təhdid hesab olunur. Hizbullah güclənib və on minlərlə raketi var. İsrail ordusu bu hərəkata modern silahların çatdırılmasını önləməyə çalışır. 

Ayzenkat əlavə edib: İranın silah baxımından inkişafını önləmək bütün region ölkələri üçün təhlükəsizlik prioriteti sayılır. İran iki gün öncə Suriyaya doğru raket buraxdı. Bu hərəkətin özünəməxsus mesajları var.