Sionist rejim yeni vəliəhdin seçilməsindən məmnun qalıb
İsrail rejiminin rabitə naziri Məhəməd Bin Salmanın Səudiyyə Ərəbistanı vəliəhdi vəzifəsinə təyin olunmasından razı qalıb və ümidvarlıq edib ki, bu məsələ Ərəbistan və İsrail əlaqələrinin yaxşılaşması prosesini sürətləndirəcək.
İRİB-in məlumatına görə, İsrail rejiminin rabitə naziri Ayoob Kara bildirib: Məhəmməd Bin Salmanın vəliəhdliyə təyin olunması yəni Yaxın Şərqdə əlavə əməkdaşlıq, ərəb ölkələrinin ABŞ dövləti ilə diplomatik əlaqələrinin güclənməsi və Ərəbistan və İsrail arasında yeni və ümidverici mərhələnin başlanmasıdır.
Sionist rejimin təhlükəsizlik naziri Yisrael Katz da Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizdən bu rejim baş naziri Benyamin Netanyahunu Ər-Riyada dəvət etməsini və ya vəliəhd Məhəmməd Bin Salmanın işğal olunmuş Fələstinə rəsmən səfər etməsini istəyib.
Sionist rejimin təhlükəsizlik naziri səudiyyə rəsmilərini Fars körfəzinin ətrafındakı ölkələri İsraillə danışıqlara yönəltməyə çağırıb. Belə ki, sionist rejimlə əlaqələrin normallaşması və iqtisadi sülhə, eləcə də ərəb ölkələri arasında bu rejimin təcridinə son qoyulmağa doğru hərəkət etsinlər.
Bu arada sionist Haarets qəzeti yazıb: Şahzadə Məhəmməd Bin Salman 2015-ci ildə işğal olunmuş ərazilərə səfər edib və müntəzəm şəkildə İsrail rejimi başçıları ilə görüşüb.
Səudiyyə Ərəbistanı kralı kral Salman çərşənbə günü səhər Məhəmməd Bin Naifi vəlihədlikdən kənarlaşdırıb və oğlu Məhəmməd Bin Salmanı yeni vəliəhd olaraq təyin edib.