İŞİD-in mövqeləri raket atəşinə tutulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i273944-İŞİd_in_mövqeləri_raket_atəşinə_tutulub
Rusiyanın dəniz qoşunları İŞİD-in Suriyadakı mövqelərini "Admiral Essen" və "Qriqoryeviç" gəmilərindən raket hədəfinə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2017 09:14 Asia/Baku
  • İŞİD-in mövqeləri raket atəşinə tutulub
    İŞİD-in mövqeləri raket atəşinə tutulub

Rusiyanın dəniz qoşunları İŞİD-in Suriyadakı mövqelərini "Admiral Essen" və "Qriqoryeviç" gəmilərindən raket hədəfinə alıblar.

IRNA-nın məlumatına görə, 2015-ci ildən bəri İŞİD və Cibhətunnusrə xüsusiyyət təşkil etməklə anti-Suriya terror qruplarına qarşı icra olunan Rusiya-Suriya həmkarlıqları çərçivəsində altı raket bu qrupun Həma vilayətindəki mövqelərinə atılıbdır.

Rusiyanın ikinci dövlət telekanalının məlumatına görə, Aralıq dənizinin şərq hissəsindən icra olunan bu əməliyyatda İŞİD-in böyük bir sursat anbarı və istehkamları rus qanadlı "Kalibr" raketləri ilə məhv edilibdir.

Eyni zamanda rus bombardmançıları da döyüş əməliyyatları həyata keçirərək, öz məkanlarını tərk etməkdə olan sursatlarla təchiz olunmuş avtomobilləri və terrorçuları hədəfə alıblar.