İyun 23, 2017 22:38 Asia/Baku
  • Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah
    Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah

Livan Hizbullahının baş katibi deyib: Hazırda regionda baş verən hadisələrin məqsədi Fələstin məsələsini sionist rejimin xeyrinə bitirmək üçün siyasi şəraiti yaratmaqdır.

İRNA-nın məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Beyrutun cənubunda təşkil olunan Ümumdünya Qüds Günü tədbirində etdiyi çıxışında Fələstin məsələsinin unudulmasını regiondakı son illərin hadisələrinin əsas məqsədi adlandırıb: Beynəlxalq qüdrətlər və ABŞ-ın müqavimət mehvəri, o cümlədən Suriyaya zərbə vurmaq üzrə məkrli planlarının məqsədi İsrail rejiminin təhlükəsizliyi və mənafeyini qorumaqdır. Elə buna görə, müqavimət qrupları terror qruplaşmaları elan olunurlar.

Nəsrullah Qüds Gününün İran və ya ərəb dünyası ilə əlaqədar olmadığını deyib: Ümumdünya Qüds Günü yürüşü Fələstin məsələsinin canlandırılması məqsədilə baş tutur və tezliklə bütün maneələrin aradan qalxması ilə bütün xalqlar Fələstinə beynəlxalq dəstəyi canlandıracaqlar. 

O həmçinin Yəmən proseslərinə də münasibət bildirib: Yəmən əleyhinə müharibənin əsas səbəblərindən biri ABŞ və qərbin mənafeyini təhlükəyə atan qrupların olmasıdır. 

Livan Hizbullahının baş katibi sonda bildirib: Müqavimət mehvəri sionist rejimlə əlaqələrin normallaşdırılması mehvərinin qarşısında dayanıb və bu gün bu mehvər Fələstin və islam xalqlarının mənafeyini himayə edir. 

Teqlər