Səudiyyə rejimi Əl-Əvamiyyədə Qüds günü tədbirlərinə hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274012-səudiyyə_rejimi_Əl_Əvamiyyədə_qüds_günü_tədbirlərinə_hücum_edib
Dünən Əl-Əvamiyyə qəsəbəsinin mühasirəyə alınmış Əl-Məsurə məhəlləsində Səudiyyə Ərəbistanı hərbçiləri ümumdünya Qüds günü aksiyalarına hərbi texnikadan istifadə edərək hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2017 04:20 Asia/Baku
  • Əl-Əvamiyyədə Qüds günü
    Əl-Əvamiyyədə Qüds günü

Dünən Əl-Əvamiyyə qəsəbəsinin mühasirəyə alınmış Əl-Məsurə məhəlləsində Səudiyyə Ərəbistanı hərbçiləri ümumdünya Qüds günü aksiyalarına hərbi texnikadan istifadə edərək hücum ediblər.

İRİB-in verdiyi məlumata görə, Əl-Əvamiyyə qəsəbəsinin 45 gündür mühasirədə saxlanmasına baxmayaraq qəsəbənin məhəllələrində gənclər ümümdünya qüds günü münasibəti ilə simvolik toplantı təşkil ediblər vvə oarada Fələstin bayrağını ucadıblar. 

Toplantıda iştirak edənlər Fələstin məsələsinin islam dünyasının ən əsas məsələsi olduğunu bildirərək vurğulayıblar ki, Qüds günü məzlumların  Fələstin və Əl-Əvamiyyə qəsəbəsini hücumlara məruz qoyan Səudi-sionist zalımlarla qarşılaşması günüdür. 

Əl-Əvamiyyə qəsəbəsində aksiyaçılar Qüds gününün müsəlman ümmətin dünyanın hər bir yerində məhrumlara yardım uğrunda həmrəyliyi günü olduğunu bildiriblər və Səudiyyə rejiminin zülmlərinə qarşı şüarlar səsləndiriblər. 

2011-ci ildən etibarən Səudiyyə Ərəbistanının şərq bölgələri ədalətsizliklərə qarşı etiraz səhnələrinin şahididir. Ali-Səud rejiminə qarşı keçirilən bu etiraz aksiyalarında onlarla adam ölüb və yaralanıb.