Bəhreyn rejimi "Qüds Günü" yürüşünü repressiya etdi
Ali-Xəlifə rejiminə bağlı təhlükəsizlik qüvvələri "Ümumdünya Qüds Günü" münasibəti ilə təşkil edilmiş yürüşdə iştirak edənləri gözyaşardıcı qazlar və döyüş güllələri ilə hədəfə aldı.
Bəhreyn xalqı "Ümumdünya Qüds Günü"nə "İnqilabçı Xalqlar Günü" adını veriblər. Bəhreynlilər bu münasibətlə dünən və dünən axşam müxtəlif məntəqələrdə yürüşlər təşkil edib, Fələstin xalqı ilə öz həmrəyliyini nümayiş etdirib. Fələstin xalqını himayə məqsədi ilə sionist rejim əleyhinə şüarların veriləməsi aksiya iştirakçılarının Ali-Xəlifə rejiminin zülmündən amanda saxlamayıb. Və təhlükəsizlik qüvvələri aksiya iştirakçılarını döyüş güllələri və gözyaşardıcı qazlar ilə hədəfə alıblar. Aksiya iştirakçıları isə əllərində Bəhreyn inqilabı şəhidlərinin fotoşəkillərini daşıyaraq, bir daha ədalət və bərabərlik tələbə edən Bəhreyn xalqının ağrı və acılarını bəyan etməyə çalışıblar.