Yəməndə vəbadan ölənlərin sayı 1300 nəfərə çatdı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274136-yəməndə_vəbadan_ölənlərin_sayı_1300_nəfərə_çatdı
Ümumdünya Səhiyyət Təşkilatı Yəməndə vəbadan ölənlərin sayının 1300 nəfərə çatdığını elan etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2017 04:08 Asia/Baku
  • Yəməndə vəbadan ölənlərin sayı 1300 nəfərə çatdı
    Yəməndə vəbadan ölənlərin sayı 1300 nəfərə çatdı

Ümumdünya Səhiyyət Təşkilatı Yəməndə vəbadan ölənlərin sayının 1300 nəfərə çatdığını elan etdi.

İRNA-nın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə vəba virusuna yoluxma halının da 200 minə çatdığını bildirib.

Ərəbistanın Yəmənə qarşı hücumlarının davam etməsi bu ölkənin sivil infrastrukturlarının xüsusi ilə də içməli su şəbəkəsinin dağıdılmasına səbəb olub. Bu isə vəba xəstəliyinin ölkədə sürətlə yayılmasına səbəb olub. 

Ərəbistanın Yəmənə olan hücumları indiyə kimi 12000 nəfərin həyatını itirməsinə və on minlərlə insanın yaralanmasına habelə, milyonlarla insanın didərgin düşməsinə səbəb olub.