Bədrəddin Husi Ərəbistanın təcavüzləri qarşısında müqavimətə təkid etdi
-
Bədrəddin Husi Ərəbistanın təcavüzləri qarşısında müqavimətə təkid etdi
Yəmənin Ənsarəllah hərəkatının baş katibi Yəmən xalqının Ərəbistanın təcavüzləri qarşısındakı müqavimətini alqışlayaraq, yəmənli mübarizlərə daha artıq dəstəyin verilməsini istədi.
Seyid Əbdülmalik Bədrəddin Husi Fitr bayramı münasibəti ilə Yəmən xalqını təbrik edərək, ölkə əhalisi xüsusi ilə də döyüş meydanında Ərəbistanın təcavüzkarlıqları qarşısında müqavimət göstərən yəmənli mübarizlərə xitabən deyib: Yəmənli mübarizlərin daha artıq himayə edilməsi təcavüzkarlar qarşısında qələbəyə aparacaq amildir.
Ənsarəllah hərəkatının baş katibi cəbhə xəttində mübarizə aparanlara davamlı olaraq dəstək və yardımın çatdırılmasını Yəmən xalqının müstəqilliyi, şərəfi və ləyaqətini müdafiə üçün zəruri adlandırıb və deyib: Ali-Səud və onun regional və regiondan kənar himayədarlarının məğlubiyyətinin başlıca səbəbi xalqın müqavimət qüvvələrinə inam bəsləməsi və onları müdafiə etməsidir.
Əbdülmalik Bədrəddin Husi Ərəbistan və müttəfiqlərinin Yəmənə olan hücumlarının məqsədini Yəməndə xalq hökumətinin formalaşmasına mane olmaq və İslam düşmənlərinin mənafeyini təmin etmək adlandırıb.