İraqlı qüvvələrin ABŞ-ın terrorizm ilə mübarizə iddiasına cavabı
-
İraqlı qüvvələrin ABŞ-ın terrorizm ilə mübarizə iddiasına cavabı
İraqın baş naziri deyib: Amerikalı komandanlar İraqda İŞİD terrorçularının məhv edilməsi üçün 10 ildən 30 ilə qədər zamanın lazım olduğunu deyirdilər.
İRİB-nin verdiyi məlumata görə, İraqın baş naziri Heydər İbadi Amerikalı komandanlar tərəfindən terrorçuların önlənilməsi istiqamətində səsləndirilən iddialara işarə edərək, deyib: İraqlı qüvvələr terrorizmi məhv və terrorçular ilə müzakirəni rədd etmək şüarı ilə qısa zaman ərzində İŞİD-i məhv etməyə nail oldular.
İbadi terrorçuların təfriqə və təxribat törətmək məqsədi ilə İraqın müxtəlif məntəqələrində terror aktları törətmələrinə işarə edərək, deyib: Düşmən silahlı bir qüvvə olaraq qarşımıza çıxmır. Əksinə, qorxaqcasına sivil əhali arasında partlayışlar törədir.
Bəzi regional medialar davamlı olaraq ABŞ-ın İraqda İŞİD terrorçularına havadan yardımlar çatdırması ilə bağlı video-görüntülər və fotoşəkillər yayımlayırlar. Amma, amerikalılar davamlı olaraq bu yardımların yanlış olaraq terrorçuların əlinə keçdiyini iddia edirlər.