90 min fələstinli Fitr bayramı namazını Əl-Əqsa məscidində qıldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274198-90_min_fələstinli_fitr_bayramı_namazını_Əl_Əqsa_məscidində_qıldı
Bu gün səhər on minlərlə fələstinli Əl-Əqsa məscidinə gələrək, Fitr bayramı namazında iştirak edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2017 13:29 Asia/Baku
  • 90 min fələstinli Fitr bayramı namazını Əl-Əqsa məscidində qıldı

Bu gün səhər on minlərlə fələstinli Əl-Əqsa məscidinə gələrək, Fitr bayramı namazında iştirak edib.

Qüds Vəqflər İdarəsi bir bəyanat yayaraq, Əl-Əqsa məscidində qılınan Fitr bayramı namazında 90 min fələstinlinin iştirak etdiyini bildirib.

Qüds Vəqflər İdarəsi həmçinin bildirib: İsrail polisi çoxlu sayda qüvvəsini Qüds şəhərinin müxtəlif məntəqələrində yerləşdirərək, xüsusi ilə şəhərin Qədim hissəsində Əl-Əqsa məscidinə gedən bütün keçə və yollarda təhlükəsizlik tədbirlərini gücləndirib.