Əlibadi: Mosulda İŞİD-in işi bitibdir
İŞİD terrorçularının Mosulun qədim hissəsinin sonuncu məhəllələrində məğlubiyyətə uğramaları barədə məlumatların yayılmasından sonra İraqın baş naziri bildiribdir ki, Mosulun azad edilməsinin elan olunması zamanına az qalır və İŞİD-in işi demək olar ki, bitibdir.
IRNA-nın məlumatına görə, İraqın baş naziri Heydər Əlibadi dünən gecə bildiribdir ki, Neynəva vilayətinin mərkəzi olan Mosulun azad edilməsinin rəsmən elan olunmasının zamanına çox az qalır və iraqlı qüvvələr kiçik bir məhəllədən savayı bu şəhərin əksər məntəqələrinin nəzarətini ələ alıblar.
Əlibadi İraqın silahlı qüvvələrinin Mosulda İŞİD ilə kəskin döyüşlərinin davam etməsinə işarə edərək, İraq xalqına vəd veribdir ki, Fitir bayramı günlərində əməliyyat məntəqələrində böyük qələbələr barədə xoş xəbərlər eşidəcəkdir.
İraqın baş naziri əlavə edib: İŞİD Mosulun qərbində tələyə düşdüyü sonuncu nöqtələrdə mülkilərə daha çox maddi və insani xəsarətlər vurmağa can atır.