Fələstinli körpə şəhid olub
Fələstin muxtariyyəti və sionist rejimin Qəzzə zolağına qarşı sərt siyasətləri bir fələstinli körpənin həyatına son qoyub.
Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Qəzzədə Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Qüdrət bildirib: Qəzzə sakini olan fələstinli körpə Ramullahda səhiyyə nazirliyi və sionist rejimin müalicə üçün bölgədən çıxarılmasına imkan vermədiklərinə görə bu gün şəhid olub. Bu körpə ürək xəstəliyindən əziyyət çəkirmiş.
Fələstinin Qəzədə Səhiyyə Nazirliyi bildirib: Hal-hazırda Qəzzə zolağında başqa 200 xəstə Fələstin Muxatiryyəti hökuməti və sionist rejimin siyasətləri nəticəsində ölüm təhlükəsi ilə üz-üzədirlər.
Fələstini Muxtariyyəti İsrailə xidmət çərçivəsində Fələstin İslami Müqavimət Hərəkatına(HƏMAS) təzyiq məqsədi ilə Qəzzə zolağına dərman və tibbi təchizatın buraxılmasına imkan vermir.
Sionist rejim 2006-ci ildən, HƏMAS-ın Fələstin parlament seçkilərində qələbəsindən sonra Qəzzə zolağını blokadaya alıb və bu əraziyə yanacaq, dərman və tikinti materiallarının idxalına imkan vermir.