Qətər: Ərəbistanın Dohadan istəkləri real və icraolunası olmalıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274486-qətər_Ərəbistanın_dohadan_istəkləri_real_və_icraolunası_olmalıdır
Qətərin xarici işlər naziri bildirib ki, Ərəbistanın və onun müttəfiqlərinin Dohadan istəkləri real və icraolunası olmalıdır. O, qeyd edib ki, Ərriyadın Dohaya qarşı ittihamları əsassızdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2017 06:15 Asia/Baku
  • Qətər: Ərəbistanın Dohadan istəkləri real və icraolunası olmalıdır

Qətərin xarici işlər naziri bildirib ki, Ərəbistanın və onun müttəfiqlərinin Dohadan istəkləri real və icraolunası olmalıdır. O, qeyd edib ki, Ərriyadın Dohaya qarşı ittihamları əsassızdır.

IRNA-nın məlumatına görə, Şeyx Muhəmməd bin Əbdurrəhman Ali-Sani dünən gecə Vaşinqtonda ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşdən sonra belə qeyd edib: Ərəbistanın və onun müttəfiqlərinin Qətərə qarşı irəli sürdükləri təkcə əsassız iddialardır və onlara xahiş demək olmaz.

Qətərin xarici işlər naziri əlavə edib: Doha və Vaşinqton Ərəbistanın və onun müttəfiqlərinin Qətərdən olan tələblərinin aqilanə olması barədə fikir birliyinə malikdirlər.

Şeyx Muhəmməd bin Əbdurrəhman Ali-Saninin sözləri elə bir halda söylənibdir ki, Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyr dünən bildiribdir ki, Ərəbistanın və onun müttəfiqlərinin əlaqələrin adiləşdirilməsi barədə Qətərdən olan tələblər siyahısı haqda Doha başçıları ilə heç bir müzakirə aparılmayacaqdır.