Fəllucədə terror hücumu
İŞİD-in İraqın Ələnbar vilayətinin Fəllucə şəhərinə qarşı terror hücumu nəticəsində bir qrup mülki və bir neçə iraqlı polis məmuru həlak olub və ya yaralanıbdır.
Sputnik xəbər agentliyinin məlumatına görə, İŞİD ünsürləri dünən axşamçağı bomba qoyulmuş bir avtomobili Fəllucə şəhərində yerləşən bir oyun şəhərciyində əhali arasında partladıblar.
Hələ bu hücumun detalları və bu zaman həlak olanların dəqiq sayı barədə məlumat yayılmayıb.
Məlumatlara əsasən, İraqın təhlükəsizlik qüvvələri yaralılardan bir qrupunu müalicə üçün Ələnbar vilayətinin mərkəzi olan Ərrəmadi şəhərinin xəstəxanasına köçürüblər.
İŞİD terror qrupu İraqın Ələnbar vilayətində öz işğalı altına olan məntəqələrin bir çoxunu itirib və bu qrup hazırda Əlqaim, Anə və Ravə daxil olmaqla Suriya sərhədində yalnız üç məntəqəni işğalda saxlayır.