Qətər böhranının həlli üzrə diplomatik səylər
-
Məhəmməd Bin Əbdürrəhman Ali-Sani
Vaşinqtonda Qətər böhranının həlli üzrə diplomatik səylər hələlik nəticə verməyib.
Bir tur diplomatik fəaliyyətlərdən sonra, hələ də Fars körfəzi böhranının həlli ilə əlaqədarə heç bir irəliləyiş əldə olunmayıb.
Qətər xarici işlər naziri Məhəmməd Bin Əbdürrəhman Ali-Sani ABŞ dövlət katibi Reks Tillersonla Vaşinqtonda görüşərək danışıqlar aparıb.
Qətər xarici işlər naziri deyib: Qətəri mühasirəyə alan ərəb ölkələrinin tələbləri qeyri-məntiqidir.
Qətər xarici işlər naziri israr edir ki, ABŞ da onun bu dəyərləndirməsi ilə razıdır.
Reks Tillerson həmçinin küveytli vasitəçilərlə görüşərək danışıqlar aparıb. O bütün tərəfləri təmkinli olmağa və danışıqları davam etdirməyə çağırıb.
Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı xarici işlər naziri xəbərdarlıq etmişdi ki, Qətərin xarici siyasətini dəyişməsi üçün 13 tələb müzakirə obyekti deyil.
Qətər xarici işlər naziri Reks Tillersonla üzbəüz görüşdən sonra deyib: Qətər böhranın real həllini tapmaq üçün bütün tərəflərlə konstruktiv və müsbət danışıqlarda iştirak etməyə hazırdır. Əgər bu ölkələr həqiqi faktlar və sənədlərlə öz ittihamlarını sübut edə bilərlərsə, Qətər onlarla danışıqlara gedəcək.