İyun 30, 2017 20:23 Asia/Baku
  • Yəməndə böhran
    Yəməndə böhran

Yəməndə davam edən müharibə birbaşa olaraq insanların həyatını təhdid edir. Amma, məsələ bununla da bitmir. Müharibə nəticəsində öz yaşayış yerlərini tərk edərək, didərgin düşərgələrinə sığınan insanlar bu dəfə həyatda qalmaq üçün aclıq və yolxucu xəstəliklər ilə mübarizə aparmalı olurlar.

Ərəbistan qırıcıları Yəmənə olan hücumlarının davamında Qırmızı dənizin sahilində yerləşən bir kəndi bombalayaraq, Fitr bayramını qeyd edən bir qrup insanı qırğın ediblər. Ərəbistanın Yəmənə qarşı hücumları indiyə kimi 3 milyondan çox yəmənlinin didərgini düşməsinə səbəb olub. Dünya ictimaiyyətinin bu cinayətlər qarşısında sükut etməsi isə Yəmən xalqını böyük bir fəlakətə sürükləyir. Belə bir şəraitdə aclıq və yolxucu xəstəliklər yəmənli uşaqların problemlərini daha da artırıb.

 

İRİB-nin müxbiri Yəməndə müharibə didərginlərinin vəziyyəti ilə bağlı hazırladığı reportajda deyir: 400-dən çox yəmənli ailə müharibədən amanda qalmaq üçün 2 ildən çoxdur ki, bu düşərgəyə sığınıb. Amma, bu müddət ərzində onlara heç bir yardım göstərilməyib və ehtiyacları çox çətinliklə təmin edilir. Onların əsas qayğısı isə həyatda qalmaq üçün bir tikə çörək əldə etməkdir.

 

Yəmənli didərgin:

Düşərgədə olanların vəziyyəti çox ağırdır. Bizə heç bir yardım edilmir. Vəziyyətimiz ilə maraqlanan yoxdur. Allahdan başqa pənahımız yoxdur.

 

Yəmənli didərgin:

Burda olduğumuz müddət ərzində çox çətinliklər çəkmişik. Ərzaq və digər ehtiaclarımız təmin edilmir. Heç bir beynəlxalq və yerli humanitar təşkilat bizim vəziyyətimiz ilə maraqlanmır.

 

İRİB-nin müxbiri öz reportajının davamında bildirir: "Müharibə, didərginlik və aclıq fəlakəti ilə üzləşən bu insanların problemləri Ramazan ayında daha da artaraq, dözülməz həddə çatıb. Beynəlxalq təşkilatlar və yerli qrumlar bu insanların taleyi ilə maraqlanmırlar. Sadəcə yaxınlıqda yaşayan yerli sakinlər zaman-zaman onlara bacardıqları qədər kömək edirlər."

 

Yəmənli didərgin:

Biz ərzaq məhsulları, dərman preparatları, sanitariya və təhsil xidmətləri kimi məsələlərə ciddi ehtiyac duyuruq. Bizə heç bir yardım edilmir. Bir neçə aydır ki, problemlərimiz daha da artıb.

 

İRİB-nin verdiyi məlumata görə, bəzi didərginlər həyatda qalmaq üçün bu düşərgəni tərk edir və bir tikə çörək əldə edə biləcəkləri məntəqələrə üz tuturlar. 3 milyondan çox yəmənli müharibə nəticəsində didərgin düşüb və onların çoxu bu düşərgə sakinləri kimi çox ağır və dözülməz bir şəraitlə üz-üzədirlər. Onlar həyatda qalmaq üçün minimum imkanlardan belə məhrumdurlar.

 

Teqlər