Mosulun Əlnuri məscidindən ilk reportaj
İraqın Mosul şəhərindəki böyük Əlnuri məscidinin azad edilməsindən sonra bu şəhərin qədim hissəsindəki döyüşlərin ağır olmasına rəğmən, Əlaləm telekanalının ərəbdilli iranlı müxbir və kinooperatoru bu məscidə daxil olmuş ilk xəbər qrupudur. Onlar təkfirçi-sionist İŞİD qrupunun bu məscidə vurduğu xəsarətlər barədə reportaj hazırlayıblar.
İŞİD terror qrupu bu məscidə və Əlhədba minarəsinə böyük xəsarətlər vurubdur. Bu terror qrupu ötən həftə bu məscid və minarəni partlatdılar. Belə bir halda üç il bundan öncə bu terror qrupu özlərinin üzdəniraq xilafət dövlətlərini məhz bu məsciddə elan etmişdi.
Bu, Əlaləm-in kamerası ilə Mosulun qədim hissəsində yerləşən Əlnuri məscidindən çəkilmiş ilk təsvirlərdir. Əlaləm-in xəbər qrupu bu şəhərin iraqlı qüvvələr tərəfindən azad edilməsindən sonra ilk qrupdur ki, məscidin ətrafındakı dar və qədim küçələrdən keçərək, bu məscidə daxil olubdur. Əlaləm-in xəbər qrupunun məscidə daxil olması İŞİD snayperləri təhlükəsinə rəğmən həyata keçirilibdir. Belə bir halda, bu terror qrupu özünün son nəfəslərini çəkir, zira onların sonuncu bazaları da süqut edib və onların yalançı xilafəti əbədiyyətədək başa çatıbdır. Əlnuri məscidinə və onun tarixi minarəsinə vurulmuş xəsarətlər bu reportajda aydın şəkildə özünü göstərir. İraqlı qüvvələrdən biri deyib: Gördüyünüz kimi, bu, dağıdılmış məscid və onun minarəsidir. Bu məsciddə heç bir terrorçu qalmayıb. Biz onların hamısını təqib edəcəyik və inşaallah, Mosulun qərb və şərq sahilləri arasındakı çayadək onların ardınca gedəcək və onları sağ qoymayacağıq.
Bu uçqunlar Əlnuri məscidindən qalıb və bu, Əlhədba minarəsidir ki, onun təkcə bünövrəsi qalıbdır. Zira İŞİD terror qrupu bu məscidi və minarəni tam şəkildə partladıbdır. Bu, məhz o günbəzdir ki, İŞİD terror qrupunun başçısı Əbubəkr Əlbəğdadi onun altında özünün yalançı xilafətini elan etmişdi. İraqlı qüvvələrdən başqa birisi isə deyib: Əlnuri məscidi və Əlhədba minarəsi azad edildi və İŞİD məğlub oldu. Biz İŞİD-in İraqda yaradıldığı məkanı azad etdik.
İŞİD-in bazası bu şəhərdə idi və biz asanlıqla onu bu terror qrupundan geri aldıq. İnşaallah, İraqda terrorizm başa çatıbdır.
İraqın təhlükəsizlik qüvvələri İŞİD-in İraqda yaranmasının simvolu olan Əlnuri məscidini azad etdilər, zira onun başçısı Əbubəkr Əlbəğdadi öz yalançı xilafətini bu məsciddə elan etmişdi. Buna görə, onun azad edilməsi İraq xalqının real qələbəsini və yayınmış qrupların sonunu göstərir.