İŞİD Mosulun 900 min sakinini didərgin salıb
İraqın mühacirlər məsələsi naziri deyib: Mosulun azad edilməsi əməliyyatı İŞİD-in yaratdığı dağıntılara görə, bu şəhər sakinlərindən 900 mindən çox insanın didərgin düşməsinə səbəb olubdur.
İraqın mühacirlər və didərginlər məsələsi naziri Casim Muhəmməd Əlcaf bu xəbəri verərək, əlavə edib: Mosulun azad edilməsi əməliyyatının 2017-ci ilin 17 oktyabrında başlanmasından bu günədək 900 min 857 nəfər didərgin düşübdür ki, onların 176 min 455 nəfəri Mosulun şərq sakinlərindən, 724 min 402 nəfəri isə Mosulun qərb sakinlərindəndir.
Əlcafın sözlərinə görə, bu miqdarda didərgindən didərginlərin altmış dörd faizini təşkil edən 500 min nəfər bu nazirlik tərəfindən təyin olunmuş düşərgələrdə məskunlaşıb və indiyədək 217 min 854 nəfər də Mosuldakı mənzilinə geri dönübdür.
İraqın müdafiə nazirliyi cümə axşamı günü bir bəyanatda Mosulda İŞİD-in işğalçılığına son qoyulduğunu elan etdi.
Mosulun şərq hissəsinin azad edilməsindən sonra iraqlı qüvvələr cari milad ilinin fevralından bu şəhərin qərb hissəsinin azad edilməsi əməliyyatına başladılar ki, cümə axşamı günü onun sonuncu etapı başa çatdı.