Ərəbistan hərbçiləri Əvamiyə məntəqəsində atəş açdılar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i275120-Ərəbistan_hərbçiləri_Əvamiyə_məntəqəsində_atəş_açdılar
Ərəbistan hərbçiləri ölkənin şərqində yerləşən və 55 gündür ki, mühasirədə olan Əvamiyə şəhərində bir daha insanların üzərinə atəş açıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2017 09:39 Asia/Baku
  • Ərəbistan hərbçiləri Əvamiyə məntəqəsində atəş açdılar
    Ərəbistan hərbçiləri Əvamiyə məntəqəsində atəş açdılar

Ərəbistan hərbçiləri ölkənin şərqində yerləşən və 55 gündür ki, mühasirədə olan Əvamiyə şəhərində bir daha insanların üzərinə atəş açıblar.

Ərəbistan hərbçiləri ölkənin şərq məntəqələrinin inkişafı və bu məntəqədə yerləşən binalarda möhkəmləndirmə işlərinin aparılması adı altında 10 May 2017-ci il tarixindən Şərqiyə vilayətində yerləşən Əvamiyə şəhərini mühasirəyə alaraq, şəhərdə əhalinin demoqrafiyasını dəyişmək məqsədi ilə yerli sakinlərə qarşı təzyiqləri artırıblar. 

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistan hərbçiləri bu gün səhər zirehli və hərbi texnikadan istifadə edərək, şiə sakinli Əvamiyə məntəqəsinə basqın edərək, insanlara doğru atəş açmağa başlayıblar. 

Əvamiyə məntəqəsində yerləşən Müsəvvərə kəndi Ərəbistanın Ali-Səud rejimi tərəfindən edam edilən tanınmış şiə ruhanisi Şeyx Nəmərin anadan olduğu kənddir. Şeyx Nəmər 2016-cı ildə Ali-Səud rejimi tərəfindən edam edildi. Müsəvvər kəndi artıq bir neçə aydır ki, Ərəbistanda şiələrin Ali-Səud rejiminə qarşı mübarizə simvoluna çevrilib.