Qətərin 4 ərəb ölkəsinin tələblərinə qeyri-rəsmi cavabı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i275162-qətərin_4_ərəb_ölkəsinin_tələblərinə_qeyri_rəsmi_cavabı
Livanın Əl-Məyadin informasiya çərşənbə axşamı bəzi diplomatik mənbələrə istinadla, Qətər dövlətinin 4 ərəb ölkəsinin tələblərinə qeyri-rəsmi cavabının ilkin mətnini yayımlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2017 16:27 Asia/Baku
  • Qətərin 4 ərəb ölkəsinin tələblərinə qeyri-rəsmi cavabı
    Qətərin 4 ərəb ölkəsinin tələblərinə qeyri-rəsmi cavabı

Livanın Əl-Məyadin informasiya çərşənbə axşamı bəzi diplomatik mənbələrə istinadla, Qətər dövlətinin 4 ərəb ölkəsinin tələblərinə qeyri-rəsmi cavabının ilkin mətnini yayımlayıb.

Bu məlumata görə, Qətər Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin bu məsələdə sədaqətli olacaqları təqdirdə İran ilə diplomatik əlaqələrinin səviyyəsini azaltmağa hazır olduğunu bildirib. 

Qətər həmçinin, Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin İran ilə öz iqtisadi əlaqələrini kəsəcəyi təqdirdə İran ilə iqtisadi əlaqələrini dondurmağa hazır olduğunu bildirib. 

Əl-Məyadinin verdiyi məlumata görə, Qətər bu ölkə ərazisində Türkiyə hərbi bazasının bağlanılmasını Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv bütün ölkələrin öz ərazilərindəki xarici ölkələrin hərbi bazalarının fəaliyyətini dayandırmaları ilə şərtləndirib. 

Doha həmçinin, terrorçu qruplaşmalar ilə hər hansı bir əlaqəyə malik olmadığını bildirərək, İxvanül-Müslimin (müsəlman birliyi) hərəkatının BMT tərəfindən terrorçu qəbul edilmiş qruplar siyahısında olmadığını elan edib. 

Qətər həmçinin, bu ölkəni mühasirəyə alan ölkələrə kompensasiyanın ödənilməsi tələbini rədd edərək, əslində bu ölkələrin Qətərə qarşı etdikləri "axmaq" hərəkətə görə Dohaya kompensasiya ödəməli olduqlarını bildirib.