Mosulda İŞİD ilə savaşın son saatları
Mosulda İŞİD-in varlığına son qoyulması və bu şəhərin azad olunması xəbərinin elan edilməsi üçün geri sayım başlanıb. Hazırda ordu qüvvələri şəhərdə qalan sonuncu terrorçuları təqib etməklə məşğuldurlar.
Mosulda İŞİD ilə savaşın sonuna az qaldı. İraqlı qüvvələr şəhərin son məhəllələri və hündür binalarını da terrorçulardan təmizləməklə məşğuldurlar.
İraqın səfərbər xalq qüvvələri komandanlarından biri bu barədə deyir: "İŞİD başçıları ilə terrorçular arasındakı bütün əlaqələri kəsmişik. Hazırda, həyatda olan son terrorçular Əl-Meydən məhəlləsində sərgərdandırlar."
Amma, Mosul küçələrində hələ də İŞİD-in ölüm maşınlarına rast gəlmək olur. Həyatda qalmaq üçün qaçmağa çalışan terrorçulardan geriyə qalan avtomobillər ətrafa ölüm saçır. Onların hər biriniə çoxlu miqdarda partlayıcı yerləşdirilib və iraqlı qüvvələr onları zərərsizləşdirməklə məşğuldurlar.
İraqlı qüvvələrdən biri deyir: "Terrorçular ruhdan düşüblər. Onlar hətta, ölüm maşınlarını belə tərk edərək, həyatda qalmaq üçün baş götürüb qaçırlar."
İndi Mosul əhalisi, İraq ordusu və səfərbər xalq qüvvələri Mosulun azad olunması xəbərinin tezliklə elan edilməsini səbirsizliklə gözləyir. Bu xəbər ilə İŞİD-in Mosulda 3 il davam edən amansız cinayətləri və qırğınları sona çatmış olacaq.