İyul 07, 2017 09:30 Asia/Baku
  • Parlament Mahmud Abbası qınadı

Fələstin parlamentinin sədr müavini deyib: Fələstin parlamenti Fələstin özünüidarə hökumətinin başçısı Mahmud Abbasa Qəzzəni Fələstindən ayırmaq icazəsi verməyəcək.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Fələstin Parlamentinin sədr müavini Əhməd Bəhər cümə axşamı Qəzzədə "Fələstin Azadələri Hərəkatı"nın təsis edilməsinin 10 illiyi münasibəti ilə keçirilən mərasimdə deyib: Fələstin özünüidarə hökuməti Qəzzənin mühasirəsini artırmaq, bu məntəqənin elektrik enerjisini və əsirlərin təqaüdlərini kəsmək habelə, Qəzzədən xəstələrin müalicə olunmaq üçün xaricə göndərilməsinə icazə verməmək kimi hərəkətlər ilə bütün əxlaq normaları və qanunları pozub. 

Əhməd Bəhər əlavə edib: Fəth hərəkatı və Mahmud Abbas milli maraqlara göz yumaraq, Fələstin xalqına yalan vədlər ilə öz etibarnamələrini ABŞ prezidenti Donald Trampa təqdim edirlər. 

Fələstin parlamentinin sədr müavini həmçinin deyib: Həmas və digər fələstinli müqavimət qrupları Ərəb ölkələrinin daxili məsələlərinə müdaxilə etmirlər. Müqavimət silahı sadəcə sionist İsrail rejimini hədəfə alıb və müqavimətin gözü Qüds və Əl-Əqsa məscidinə doğru yönəlib. 

Teqlər