İyul 08, 2017 08:59 Asia/Baku
  • Mosulun tam azadlığına bir addım qalıb
    Mosulun tam azadlığına bir addım qalıb

İraq qüvvələrinin Mosul şəhərinin qədim hissəsində Dəclə çayına yaxınlaşması ilə xəbərlər bu şəhərin çox yaxın zamanda tam azad olunacağını əks etdirir.

İRİB-in məlumatına görə, İraqın Mərkəzi Polis komandanı bildirib: Bu qüvvələrin Mosulun qədim hissəsində əl-Nəcəfi bölgəsində tapşırıqlarının 99%-i sona çatıb və İraq qüvvələri cümə günü əl-Nəcəfini azad edib və əl-Meydan məhəlləsini tam azad etməyə yaxınlaşıblar. 

İraqın Mosul şəhərinin qədim hissəsində hərbi rəsmilər proqnoz ediblər ki, bu bölgə 48 saat ərzində İŞİD terror qruplaşmasının işğalından azad olunacaq. 

Bu arada bildirilib ki, Mosulun qədim hissəsində İŞİD-in son səngərlərinin məhv edilməsi ilə bu şəhər 3 ildən sonra təxminən tamamilə azad olunub, silah atəşləri susub və hərb komandanlar İraq baş naziri Heydər əl-İbadinin rəsmi bəyanatını gözləyirlər. 

Xəbər dairələri bildiriblər: Cümə günü 7 iyul 2017-ci ildə Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatı sona çatıb. Düz üç il öncə məhz həmin gündə 2014-cü il 7 iyulda Əbubəkr Bağdadi Ən-Nuri məscidində öz xəlifəliyini elan etmişdi. 

Bununla yanaşı İraqın əl-Səqur təhlükəsizlik qrupu bildirib: Əl-Qaimdən Suriya sərhədlərinə doğru qaçmağa cəhd edən İŞİD-in əsas başçısı Əbubəkr Bağdadi yaralanıb. 

Teqlər