Qətərin maliyyə naziri: Bu ölkənin boykotla mübarizə gücü vardır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i275624-qətərin_maliyyə_naziri_bu_ölkənin_boykotla_mübarizə_gücü_vardır
Qətərin maliyyə naziri Əli Şərif əl-İmadi deyib: Dohanın maliyyə ehtiyatları boykotlar qarşısında müqavimət imkanı yaradır.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyul 08, 2017 15:16 Asia/Baku
  • Qətərin maliyyə naziri: Bu ölkənin boykotla mübarizə gücü vardır
    Qətərin maliyyə naziri: Bu ölkənin boykotla mübarizə gücü vardır

Qətərin maliyyə naziri Əli Şərif əl-İmadi deyib: Dohanın maliyyə ehtiyatları boykotlar qarşısında müqavimət imkanı yaradır.

İRNA-nın məlumatına görə, Qətərin maliyyə naziri əlavə edib: Qətərin təbii qaz satışından əldə etdiyi böyük maliyyə ehtiyatını, eləcə də milli xammalın 250%-ni təşkil edən valyuta ehtiyatları fondunu, Mərkəzi Bankdakı valyuta ehtiyatları və Maliyyə Nazirliyi nəzdindəki strateji ehtiyatları nəzərə alaraq, Qətər bu mühasirə qarşısında müqavimət göstərməyə qadirdir.

Qətərli nazir bildirib: Qətərin iqtisadi vəziyyəti Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirdən yaxşıdır və daha münasib şəraitdədir.

Əl-İmadi Qətərin 13 maddəlik şərtlərə mənfi cavab verməsindən sonra 4 ərəb ölkəsinin təhdidi haqda deyib: Əgər şirkətlər Birləşmiş Ərəb Əmirlikləri və Qətər arasında seçim etməyə məcbur olarlarsa, onların əksəriyyəti Dohanı seçəcək. Çünki onlar siyasi məsələlərin onların fəaliyyətini durdurmasına icazə verməyəcəklər.

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn 5 iyunda Qətərlə diplomatik əlaqələrini dayandırdıqlarını elan ediblər. Bu dörd ərəb ölkəsi Qətəri Ər-Riyadın başçılıq etdiyi ərəb cərəyanı ilə eyni istiqamətdə hərəkət etməməkdə suçlayıb.

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Qətər üçün təyin etdikləri önəmli şərtlər bu ölkənin İran və Hizbullahla diplomatik əlaqələrini kəsməsi, Əlcəzirə telekanalının tamamilə fəaliyyətinin dayandırılması və Türkiyənin Qətər ərazisindəki hərbi bazasının yığışdırılmasına şamil olur.