Ərəbistanlı qadın fəal bu ölkə qadınlarının çətin durumunu vurğulayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i275662-Ərəbistanlı_qadın_fəal_bu_ölkə_qadınlarının_çətin_durumunu_vurğulayıb
Ərəbistanda sürücülük səbəbindən bu ölkədə həbsə atılmış Ərəbistan qadınlarının hüququ üzrə fəal deyibdir ki, hələ bu ölkədə qadınlarla qul kimi rəftar edilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2017 08:12 Asia/Baku
  • Ərəbistanlı qadın fəal bu ölkə qadınlarının çətin durumunu vurğulayıb
    Ərəbistanlı qadın fəal bu ölkə qadınlarının çətin durumunu vurğulayıb

Ərəbistanda sürücülük səbəbindən bu ölkədə həbsə atılmış Ərəbistan qadınlarının hüququ üzrə fəal deyibdir ki, hələ bu ölkədə qadınlarla qul kimi rəftar edilir.

IRIB-nin məlumatına görə, hazırda İngiltərədə yaşayan Ərəbistan qadınlarının hüququ üzrə fəal Minal Əlşərif Avstraliyanın “Daily Mail” qəzetilə müsahibədə ərəbistanlı qadınların öz hüquqlarından məhrum edilmələrindən təəssüflənərək, deyib: Qadınların sürücülük vəsiqəsi ala bilmələrinə rəğmən, qanuni baxımdan qəyyumluq altında olduqlarına görə, sürücülük icazəsinə malik deyillər.

Minal Əlşərif 2011-ci ildə Xubər şəhərinin küçələrində öz sürücülüyü ilə bağlı bir videoçarxı Yotube-da yerləşdirmişdi ki, təkcə bir gün ərzində 700 min dəfədən çox müşahidə olunmuşdu.