İyul 09, 2017 18:09 Asia/Baku
  • Əlibadi rəsmi surətdə Mosulun azad edildiyini bildirib
    Əlibadi rəsmi surətdə Mosulun azad edildiyini bildirib

İraqın baş naziri və bu ölkənin silahlı qüvvələrinin baş komandanı azad edilmiş Mosul şəhərinə daxil olaraq, bu böyük qələbəyə nail olmaq münasibətilə İraqın xalqı və mübarizlərini təbrik edibdir.

Əliraqiyyə telekanalının məlumatına görə, İraqın baş naziri və bu ölkənin silahlı qüvvələrinin baş komandanı Heydər Əlibadi bu gün günortadan sonra Mosul şəhərinə gedib və rəsmən 37 aydan sonra İŞİD terror qrupu üzərində qələbəni təbrik edibdir.

Bundan öncə İraq mediaları bildirmişdilər ki, Heydər Əlibadi Mosulda İŞİD üzərində yekun qələbə və bu şəhərin tam şəkildə azad olunduğunu elan edəcək.

İraqın müştərək əməliyyat qərargahı şənbə günü bildirdi ki, Mosulun qədim hissəsi iraqlı qüvvələrin nəzarəti altına keçdi.

 

 

Teqlər