İyul 10, 2017 17:50 Asia/Baku
  • İraq-Suriya sərhədində 9 İŞİD-çi öldürülüb
    İraq-Suriya sərhədində 9 İŞİD-çi öldürülüb

Həşdüş-Şəəbinin 28-ci diviziyasının qüvvələri Mosulun qərbində və İraqın Suriya ilə sərhədində İŞİD terrorçularının Təl-Səfuk bölgəsinə hücumunu uğursuzluğa uğradaraq 9 terrorçunu məhv ediblər.

Əl-Aləm telekanalının məlumatına görə, bu hücumda Həşdüş-Şəəbi qüvvələri tərəfindən 6 terrorçu da yaralanıb. Eyni zamanda terrorçulara məxsus silah-sursat, habelə 120 mm kalibrli və 23 mm kalibrli top məhv edilib. 

Bu arada Həşdüş-Şəəbi qüvvələrinin komandanlarından Cabbar əl-Məmuri İŞİD terrorçularının Mosulun qərbində Tələfər şəhərində bir qrup uşağa qarşı cinayət törətdiyini bildirib: İŞİD ünsürləri Tələfər şəhərində 7 uşağı qətlə yetirib və onların cəsədlərini elektrik dirəklərindən asıblar. 

Əl-Məmuri əlavə edib: İŞİD-in Mosulda məğlubiyyətə uğraması bu terror qruplaşmasına ağır zərbə vurub və bu məqsədlə belə bir cinayət törədib. 

İraq baş naziri Heydər əl-İbadi ötən gün Mosul şəhərinə səfər edərək bu şəhərin İŞİD-in işğalından azad edilməsini rəsmən elan edib. 

Teqlər