İyul 11, 2017 09:40 Asia/Baku
  • İŞİD-in Mosul cinayətlərinin araşdırılması istənildi
    İŞİD-in Mosul cinayətlərinin araşdırılması istənildi

Beynəlxalq Amnistiya Təşkilatı İŞİD terror qruplaşmasının İraqın Mosul şəhərində sivil əhaliyə qarşı törətdiyi cinayətləri araşdırmaq üçün bir komissiyanın təşkil edilməsini istədi.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq üzrə araşdırmalar idarəsinin müdiri Lin Malov bazar ertəsi günü deyib: İŞİD-in Mosulda yol verdiyi cinayətlər cəzasız qalmamalıdır. 

Beynəlxalq Amnistiya Təşkilatının bildirdiyinə görə, İŞİD mülki əhalidən canlı qalxan kimi istifadə edib və minlərlə nəfəri şəhəri tərk etmək istədiyi üçün edam edərək, cəsədlərini ictimai məkanlarda asıb. 

Teqlər