Əl-İbadi: İraq hakimiyyətinə təcavüzə icazə verməyəcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i276020-Əl_İbadi_İraq_hakimiyyətinə_təcavüzə_icazə_verməyəcək
İraq baş naziri ABŞ prezidentinə xitabən deyib: İraq heç kimə hakimiyyətə təcavüz icazəsini verməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2017 07:31 Asia/Baku
  • Heydər əl-İbadi
    Heydər əl-İbadi

İraq baş naziri ABŞ prezidentinə xitabən deyib: İraq heç kimə hakimiyyətə təcavüz icazəsini verməyəcək.

Süməriyyə Nyuzun məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi ABŞ prezidenti Donald Trampla telefon söhbətində deyib: İraqlılar öz ərazilərini İŞİD-dən azad etmək üçün böyük qəhrəmanlıq göstərdilər və heç vaxt heç bir tərəfə hakimiyyətə, ölkəyə və sərvətinə təcavüz icazəsi verməyəcəklər. 

İraq baş naziri terrorizmlə mübarizədə bu ölkəyə beynəlxalq dəstəyi alqışlayıb və əlavə edib: Dəhşətli müharibə və İŞİD-in İraqın bəzi ərazilərinə nəzarət etməsinə baxmayaraq, bu ölkə azad olunan bölgələrə stabilliyi qaytarmaq, didərginləri ev-eşiklərinə qaytarmaq və xalqın mənafeyi çərçivəsində lazımi iqtisadi islahatları aparmağı davam etdirir. 

ABŞ prezidenti də telefon söhbətində etiraf edib ki, İraq ordusu və xalq səfərbər qüvvələrinin İŞİD-lə savaşdakı böyük qələbələri dünyaya səs salıb. 

İraq baş naziri 9 iyulda Mosula gedərək bu şəhərin İŞİD-in işğalından azad edilməsi əməliyyatının qələbə ilə başa çatdığını rəsmən elan edib və onu böyük qələbə adlandırıb.