Edam edilmiş 4 ərəbistanlı gəncin ailələri: Cənazələri təhvil verin
İyul 13, 2017 11:10 Asia/Baku
-
Ali-Səud rejimi 4 siyasi məhbusu edam etdi
Ali-Səud rejimi tərəfindən edam edilən 4 ərəbistanlı siyasi məhbsun ailələri bir bəyanat yayaraq, övladlarının cənazələrinin təhvil verilməsini istəyiblər.
Ərəbistanın Daxili İşlər Nazirliyi çərşənbə axşamı bir bəyanat yayaraq, ölkənin şərqində yerləşən Qətif şəhərində "terror əməliyyatı" adlandırdığı hadisədə ittiham edilən 4 gəncin edam olunduğunu bildirib.
Edam edilmiş 4 ərəbistanlı gəncin ailələri övladlarına qarşı irəli sürülən ittihamları rədd edərək, onların cənazələrinin təhvil verilməsini və övladlarının dini qaydada dəfn edilməsinə şəraitin yaradılmasını istəyiblər.
Ali-Səud rejimi siyasi məhbusları və hakim rejim ilə müxalif olanları terrorçu elan edərək, edam ilə cəzalandırır.
Teqlər