Bəhreyn cəmiyyətləri Ərəbistanda 4 nəfərin edam edilməsinə etiraz ediblər
-
Bəhreyn cəmiyyətləri Ərəbistanda 4 nəfərin edam edilməsinə etiraz ediblər
Bəhreynin insan haqları cəmiyyətləri və 14 fevral inqilabı gəncləri koalisiyası bəyanatlar yayaraq, Ali-Səud rejiminin 4 Ərəbistan vətəndaşını edam etməsi üzrə son cinayətini pisləyiblər.
Ərəbistanın Daxili İşlər Nazirliyi çərşənbə axşamı bir bəyanat yayaraq, bildirib: Yusif Əli Məşixəs, Zəhra Əbdürrəhim Bəsri, Əmcəd Naci Ali Əmid və Mehdi Məhəmməd Həsən Sai Ərəbistanın şərqində yerləşən Qətif şəhərində "terror aktı" adlandırılan hadisədə günahkar hesab edildikləri üçün edam olunublar.
Rəsa xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreynin 14 fevral inqilabı gənclər koalisiyası bir bəyanat yayaraq, bu 4 nəfərin edam edilməsini dəhşətli cinayət adlandırıb və bildirib: Ali-Səudun zülmü və zorakılığı nəticəsində axıdılan bu qanlar bu zalım rejimə qarşı mübarizə ruhiyyəsinin alovlanmasına səbəb olacaq.