İyul 13, 2017 20:03 Asia/Baku
  • Cari ildə İraqda 5 mindən çox insan ölüb və yaralanıb
    Cari ildə İraqda 5 mindən çox insan ölüb və yaralanıb

İraqın Süməriyə Nyus informasiya portalının verdiyi məlumata görə, cari ilin ilk yarısında İraqda törədilən terror aktları nəticəsində 5 mindən çox insan ölüb və yaralanıb.

Cümə axşamı bu barədə məlumat yayan Süməriyə Nyus informasiya portalı terrorçuluq fəaliyyətləri nəticəsində İraqa dəyən zərər və ziyanlar barədə yazıb:  Cari ilin əvvəlində İranqda 5706 nəfər ölüb və yaralanıb. 

Bu məlumatda deyilir: İraqın Neynəva vilayəti 2334 ölü və yaralı ilə digər vilayətlərdən öndə gedir. Bağdad və Əl-Ənbar isə növbəti sıralarda dururlar. 

Məlumata görə, cari ilin yanvar ayı iraqlılar üçün ən qanlı ay olub. 

Başqa bir məlumata görə, İŞİD-in ingilis əsilli ən məşhur terrorçusu məhv edilib. Əbu Musa Əl-Mühacir ləqəbi ilə tanınan bu terrorçu Mosulun qərbində əsas şose yolunda naməlum şəxslər tərəfindən qətlə yetirilib. Bu hadisədə başqa bir terrorçu da yaralanıb. 

Bu məlumata görə, Təl Əfərdə İŞİD terrorçuları arasında 30-a yaxın İngiltərə vətəndaşı var. Onların bəzisi mühüm səlahiyyətlərə də malikdirlər. 

İŞİD terrorçuları hələ də Təl Əfər şəhərinin bəzi hissələrini öz nəzarətləri altında saxlayırlar və İraqlı qüvvələr bu məntəqələri də azad etməyə çalışırlar. 

İraqın baş naziri Heydər Əl-İbadi bazar ertəsi günü Mosulda İŞİD terrorçuları üzərində rəsmən tam qələbənin əldə edilməsi xəbərini elan etdi. 

Teqlər