Qəzzədə aksiya
Qəzzədə yaşayan fələstinlilər aksiya keçirərək fələstinlilərin Məscidül-Əqsada həyata keçirdikləri anti-sionist əməliyyatına öz dəstəklərini bildiriblər.
Cümə günü 3 fələstinli gənc Məscidül-Əqsada şəhadətsevər əməliyyatda iki sionist hərbçini öldürdü və özləri də sionist hərbçilər tərəfindən şəhid edildilər.
Sionist rejim baş naziri Benyamin Netanyahu bu əməliyyatdan dərhal sonra Məscidül-Əqsanın bağlanılması və cümə namazının qılınmasına imkan verilməməsinə dair göstəriş verdi.
İRİB-in verdiyi məlumata görə, Qəzzə sakinləri sionist rejimin bu qərarını pisləyiblər.
Netanyahunun sözçüsü Avier Cendlman dünən gecə bir bəyanatda bildirib ki, Məscidül-Əqsa bazar gününədək bağlı qalacaq və tədrici şəkildə namaz qılanların üzünə açılacaq.
Fələstinlilər sionist rejimin Qəzzə zolağına qarşı tətbiq etdiyi blokadanı və Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbasın Qəzzə zolağına qarşı hərəkətlərini də pisləyiblər və onun Qəzzəyə qarşı mühasirədə İsrail rejimi ilə əlbir olduğunu bildiriblər.