Suriyada terror aktı
İyul 16, 2017 18:00 Asia/Baku
-
Suriyada terror aktı
Suriyanın Hüms və Səvida vilayətlərində baş verən iki terror aktında 11 nəfər ölüb və yaralanıb.
Suriyanın SANA xəbər agentliyinin verdiyi məlumata görə, bu gün Hüms şəhərinin şərqindən 80 kilometr aralıda yerləşən Ümmi-Hartin kəndinə gedən şose yolunda törədilən partlayışda 3 Suriya vətəndaşı həlak olub.
Səvida şəhərinin yaxınlığında Ümmi-Zeytun bölgəsində də baş verən bomba partlayışında 8 mülki həlak olub. Suriya ordusunun bölmələri də Səvida şəhərinin ətrafında 2 yolkənarı bombanı zərərsizləşdiribər.
Suriyada terrorçu qruplar ağır məğlubiyyətdən sonra, qaçıb aradan çıxarkən yollarda minalar quraşdıraraq Suriya ordusu və xalqına zərbə vurmaq istəyirlər.