Fələstinlilər sionistlərə qarşı aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i276554-fələstinlilər_sionistlərə_qarşı_aksiya_keçiriblər
Bu gün bir qrup fələstinli və Fələstin qruplarının nümayəndələri sionist işğalçıların Məscidül-Əqsaya təkrar müdaxilələrinə qarşı etiraz aksiyası keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2017 13:39 Asia/Baku
  • Fələstinlilər sionistlərə qarşı aksiya keçiriblər
    Fələstinlilər sionistlərə qarşı aksiya keçiriblər

Bu gün bir qrup fələstinli və Fələstin qruplarının nümayəndələri sionist işğalçıların Məscidül-Əqsaya təkrar müdaxilələrinə qarşı etiraz aksiyası keçiriblər.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, İordan çayının qərb sahilində yerləşən Nablos şəhərində onlarla fələstinli  və Fələstin qruplarının nümayəndələri Fələstin bayraqlarını daşıyaraq, sionist rejimin Məscidül-Əqsaya qarşı müdaxilələri əleyhinə şüarlar verib, Beytül-Müqəddəsdəki fələstinlilərə dəstək olduqlarını bildiriblər. 

Cümə günü də Qəzzə zolağındakı fələstinlilər etiraz aksiyası keçirərək sionist rejimin Məscidül-Əqsanın qapılarını bağlamasını pisləmişdilər.