Bəşşar Əsəd: Suriyada müharibə hökumətin zəifləməsinə səbəb olub
Suriya prezidenti ölkədə korrupsiyanın kökünün kəsilməsinin vacibliyini vurğulayıb: Suriyada müharibə və qarşıdurma, iş prosesinin zəifləməsi, etinasızlıq və tapşırıqların yerinə yetirilməsində səhlənkarlıqla nəticələnib.
İRİB-in məlumatına görə, Bəşşar Əsəd Suriyanın Nəzarət Və Yoxlama Mərkəzi Komitəsinin sədri Aminə əl-Şəmatla Dəməşqdə toplantıda deyib: Korrupsiya dövlət idarələrində nüfuz və qanunlarda nöqsanların yaradılmasında həmişə gücə malik olmuşdur. Suriyada müharibə vəzifələrin yerinə yetirilməsində səhlənkarlıq və etinasızlığın artmasında paya malikdir.
Bəşşar Əsəd əlavə edib: Dövlət qurumlarının funksiyasına daha ciddi və əlavə nəzarət tətbiq olunmalıdır və səbəbkarlar və müqəssirlər cəzalandırılmalıdır.
Suriyada böhran 2011-ci ildənqanuni prezident Bəşşar Əsədin dövlətini devirmək məqsədilə Səudiyyə Ərəbistanı, sionist İsrail rejimi, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplaşmalarının irimiqyaslı hücumları ilə başlanmışdır.