İyul 17, 2017 12:15 Asia/Baku
  • Bəhreyn alimləri parlamentin qərarını hörmətsizlik adlandırdılar
    Bəhreyn alimləri parlamentin qərarını hörmətsizlik adlandırdılar

Bəhreyn alimləri bu ölkə parlamentinin ailə haqqında yeni qərarına sərt şəkildə qarşı çıxaraq belə bir qanunun təsdiqlənməsini islama hörmətsizlik adlandırıblar.

Əl-Aləm televiziyasının məlumatına görə, Bəhreyn alimləri parlamentin Ailə Qanunu adlı yeni qərarına reaksiyada parlamentdə din hökmlərinin səsə qoyulmasını islamı yüngül saymaq və ona hörmətsizlik adlandırıb və onun ictimai qanuniliyinin olmadığını bildiriblər. 

Bəhreyn alimləri hakimiyyətin din, alimlər və dini mərcəiyyətin rəyinə etinasızlığını pisləyərək bildiriblər: Alimlərin ailə ilə əlaqədar qanunun təsdiqlənməsi ilə bağlı rəyi dəyişmir. Bu bəyanatda dini məsələlərdə müdaxilə, islam, məzhəblər və islam hökmlərinə ağalıq etməyə cəhd sərt şəkildə pislənilib: Ailə qanunun Cəfəri məzhəbi və Əhli-Beyt (ə) inanclarına zidd olan maddələri vardır. Fəqihlərdən şəri hökmlər üzrə haqqın alınması və onun parlamentə həvalə olunması bu pozuntuların bariz nümunəsi hesab olunur. 

Teqlər