Suriya ordusu neft yataqlarını ələ keçirib
Suriya ordusu dünən Riqqə vilayətinin cənub qərb səhrasında bir neçə neft yatağını terrorçu qrupların işğalından azad edib.
İRİB-in verdiyi məlumata görə, Suriya ordusu Riqqə vilayətində "Əddiləə" neft və "Zümlə" qaz yataqlarını nəzarətə aldığını bildirib.
Suriya ordusu şənbə günü də bildirmişdi ki, Riqqənin cənub səhralıqlarında Əl-Vəhab, Əl-Fəhəd, Dəbisan, IƏl-Qəsir, Əbül-Qətat və Əbu-Qətaş neft yataqları və bir neçə başqa kəndi azad etdiyini bildirmişdi.
Suriyanın neft yataqlarının çoxu ölkənin şimal şərqində Hiskə vilayətində eləcə də Riqqə bölgəsində yerləşir.
Suriyadan əldə olunan başqa məlumata görə, Suriya ordusu müqavimət qüvvələrinin dəstəyi ilə Deyrəzzurun 55 kilometrliyində İŞİD-in əsas bazalarından biri olan Cəbəlül-Bəşirinin ətrafında fəaliyyətini gücləndiirb.