İyul 18, 2017 12:06 Asia/Baku
  • Bəhreyndə məhkəmə ədalətsizliyi davam edir

Bəhreyn məhkəməsi üçüncü dəfə olaraq iki qardaş barəsində ömürlük həbs və vətəndaşlıqdan məhrumetmə qərarı çıxardıb.

Bəhreyndə Ali-Xəlifə rejiminə qarşı xalq qiyamının başlandığı zamandan bəri yüzlərlə vətəndaş o cümlədən tanınmış ruhani və ictimai-siyasi fəal təhlükəsizlik qüvvələrinə müqavimət göstərmək və ictimai asayişi pozmaqda ittiham edilərək, həbsə məhkum olunub. 

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Ali-Xəlifə rejiminin Bəhreyn inqilabçılarına qarşı düşmən rəftarı yeni mərhələyə daxil olub və bu rejimə bağlı məhkəmə sistemi Əhməd və Əli İsnaəşərə qardaşlarını ümumilikdə 150 və 132 il müddətinə azadlıqdan məhrum edib. 

Bəhreynin insan haqları mərkəzi bundan öncə Ali-Xəlifə rejiminin zülm və cinayətləri ilə bağlı statistik məlumat təqdim edərək, bu ölkənin məhkəmə sistemini tənqid atəşinə tutmuş və hakim rejimin anti-bəşər hərəkətlərinin durdurulmasını istəmişdi. 

Teqlər