Əfqanıstanda böyük həcmdə partlayıcı maddə aşkar edilib
İyul 18, 2017 17:03 Asia/Baku
-
Əfqanıstanda böyük həcmdə partlayıcı maddə aşkar edilib
Əfqanıstanın təhlükəsizlik qüvvələri ölkənin şərqində böhük həcmdə partlayıcı maddə aşkar ediblər.
İRİB-in verdiyi məlumata görə, Əfqanıstanın şərqində yerləşən Nəngərhar vilayətinin icra hakimiyyətinin sözçüsü Ətaullah Xuqiani deyib ki, 1400 kiloqramdan ibarət olan bu partlayıcı maddə yükü bir yük maşınına yerləşdirilibmiş və Turxəm-Cəlalabad şose yolunda aşkar və zəbt edilib.
Bu məlumata görə, Əfqanıstanın təhlükəsizlik qüvvələri yük maşınının sürücüsünü həbs ediblər.
Bu iri miqdarda partlayıcı maddə yolkənarı bombalar və terrorçu hücumlarda istifadə olunur.
Nəngərhar vilayətində aşkar edilən partlayıcı maddələr adətən Pakistandan Əfqanıstana gətirilir.