BMT Məscidül-Əqsada toqquşmalara son qoyulmasına çağırıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i276820-bmt_məscidül_Əqsada_toqquşmalara_son_qoyulmasına_çağırıb
Birləşmiş Millətlər Təşkilatı Məscidül-Əqsada toqquşmaların dərhal dayandırılmasına çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2017 04:55 Asia/Baku
  • BMT Məscidül-Əqsada toqquşmalara son qoyulmasına çağırıb

Birləşmiş Millətlər Təşkilatı Məscidül-Əqsada toqquşmaların dərhal dayandırılmasına çağırıb.

Röytersin verdiyi məlumata görə, BMT baş katibinini müavini Fərhan Həqq bu gün sionist rejimin hərəkətlərinə toxunaraq Məscidül-Əqsada toqquşmalara son qoyulmasını istəyib. 

Fələstin müxtariyyətinin baş naziri Rami Həmdüllah da İslam Əməkdaşlıq Təşkilatının sionist rejimin Beytül-Müqəddəsə və Məscidül-Əqsaya qarşı hərəkətləri barədə təcili iclas keçirməsini istəyib. 

Rami Həmdullah ərəb və müsəlman ölkələri Qüds və müsəlman və xristian müqəddəsləri müdafiə sahəsində öz üzərlərinə düşən məsuliyyətlərini yerinə yetirməyə çağırıb.