BMT bəhreynli insan haqları fəalının işgəncə edilməsi haqda araşdırmanın aparılmasını istədi
BMT ekspertləri Bəhreyn həbsxanalarında insan haqları fəalı İbtisam əl-Sayiğin işgəncə edilməsi haqda araşdırmanın aparılmasını istəyiblər.
Londonda çıxan əl-Qüds əl-Ərəbi qəzetinin yazdığına görə, BMT-nin insan haqları üzrə ekspertləri bir bəyanatda bildiriblər: Bəhreyn təhlükəsizlik qüvvələri insan haqları fəalı İbtisam əl-Sayiğə dindirmə zamanı işgəncə veriblər. Bu isə insan haqlarının pozulmasıdır.
BMT ekspertləri bu bəyanatda İbtisam əl-Sayiğin işgəncə edilməsi və onun zorlanmasına dair hesabatların mövcud olduğuna görə, onun həbsindən nigaranlıq ediblər.
Bu bəyanatda Ali-Xəlifə rəsmiləri əl-Sayiği öz əsaslı hüququndan məhrum etməkdə suçlanıb.
BMT ekspertlərinin bəyanatında əlavə olunub: İbtisam əl-Sayiğin bədəni üzərində işgəncə əlamətləri müşahidə olunur.
4 iyulda həbs olunan İbtisam əl-Sayiğ hazırda aclıq aksiyası keçirir.