Səud hərbçilərinin Yəmənin cənub-qərbindəki əməliyyatı uğursuz qalıb
Yəmənin ordusu və xalq qüvvələri təcavüzkar səud qüvvələrinin Yəmənin cənub-qərbindəki Təiz vilayətində irəliləmələrini zərərsizləşdirib və bir qrup Ərəbistan muzdurunu öldürüblər.
IRNA-nın Yəmənin Əlməsirə telekanalına istinadlı məlumatına görə, dünən axşamçağı Təiz vilayətinin “Xalid” bazası ətrafında baş vermiş bu döyüşlərdə həmçinin onlarla nəfər yaralanıb və Ərəbistanın başçılıq etdiyi təcavüzkar qüvvələrə böyük xəsarətlər dəyibdir.
Bu əməliyyatda Birləşmiş Ərəb Əmirliklərinə mənsub olan bir neçə hərbi avtomobil məhv edilibdir.
Səud hərbçilərinin Yəmənin cənubunda yerləşən Şəbuh vilayətindəki Əsilan şəhərində keçirdikləri digər bir əməliyyat da Yəmənin ordusu və xalq qüvvələrinin müqaviməti sayəsində məğlubiyyətə uğrayıb.
Ali-Səud rejimi Amerikanın və regiondakı bəzi ərəb ölkələrinin dəstəkləri ilə 2015-ci ilin martında Yəmənə basqın etdi və iddiası da bu oldu ki, Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq istəyir.
Ərəbistanın Yəmənə qarşı basqınları təqribən 40 min nəfərin həlak olması və yaralanmasına bais olubdur.