Fələstinlilər Məsciduləqsanın ətrafında sübh namazı qılıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277058-fələstinlilər_məsciduləqsanın_ətrafında_sübh_namazı_qılıblar
Yüzlərlə fələstinli Məsciduləqsanın girəcəklərində sionist rejim hərbçiləri tərəfindən quraşdırılmış elektron darvazaların yerləşdirilməsinə etiraz əlaməti olaraq, bugünkü sübh namazını bu məscidin ətrafında qılıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2017 08:25 Asia/Baku
  • Fələstinlilər Məsciduləqsanın ətrafında sübh namazı qılıblar

Yüzlərlə fələstinli Məsciduləqsanın girəcəklərində sionist rejim hərbçiləri tərəfindən quraşdırılmış elektron darvazaların yerləşdirilməsinə etiraz əlaməti olaraq, bugünkü sübh namazını bu məscidin ətrafında qılıbdır.

Fars xəbər agentliyinin Əlrisalə xəbər portalına istinadlı məlumatına görə, sionist rejim özünün hərbi qüvvələrini geniş surətdə Qüdsün qədim bölməsində yerləşdirib və digər tərəfdən də Məsciduləqsanın ətrafında və “Babulisbat” məkanında dəmir maneələr quraşdırıbdır.

Müxtəlif fələstinli qruplar bu günü “hiddət cüməsi” elan ediblər və qərar üzrə sionist rejimin Məsciduləqsadakı son repressiv hərəkətlərinə etiraz olaraq, bütün Fəlsətin boyu və bəzi digər ölkələrdə geniş aksiyalar keçirilməlidir.

Ötən həftə sionist rejim hərbçiləri ilə fələstinli gənclər arasında Məsciduləqsada baş vermiş və iki sionistin ölümü və üç fələstinli gəncin şəhid olması ilə nəticələnmiş toqquşmadan sonra Qüdsdə və Məsciduləqsada vəziyyət gərginləşibdir.