Homsun şərqində İŞİD qərargahı məhv edilib
-
Homsun şərqində İŞİD qərargahı məhv edilib
Suriya hərbi qüvvələri Homsun şərqində İŞİD terrorçularına məxsus baş qərargahı məhv ediblər.
SANA-nın verdiyi məlumata görə, Suriyanın hərbi mənbələri bildiriblər ki, Suriya ordusunun və müqavimət qüvvələrinin Homsun şərqində Ümmül-Riş kəndində İŞİD qrupuna məxsus qərargaha qarşı hücum nəticəsində oradakı bütün terrorçular məhv edilib.
Suriya ordusunun hərbi təyyarələri də, dünən Homsun şərqində Əşşəndaxiyyə, Əşşümaliyyə və Üm Tuvini bölgələrini hədəfə alıblar.
Suriya ordusu həmçinin Hələbdə Xənasir-Əsra istiqamətində Əssələmiyyənin şərqində və Cəbül-Cərrah bölgəsində, Homsun Əlbadiyyə ərazisində öz əməliyyatlarını davam etdirib və son irəliləyişləri nəticəsində Bukəmal şəhərinə yaxınlaşıb.
Başqa məlumata görə, Əhrarüşşam və heyəti təhrirüşşüm terror qrupları Suriyanın İdlib vilayətində öz aralarında atəşkəs elan ediblər və Türkiyə sərhəddində Babül-Həva sərhəd keçidinin məsuliyyətini silahsız müxalif qrupların ixtiyarına veriblər.
Suriya müxaliflərinin dediklərinə görə, bu razılaşma, sözü gedən terrorçu qruplar arasında bir neçə gün davam edən qanlı toqquşmalardan sonra əldə olunub. Həmin toqquşmalarda 15 mülki də daxil 92 nəfər ölmüşdür.
Əhrarüşşam Suriya dövlətinin 7 müxalif qrupunun ən böyük hissəsidir və Ceyşül-Fəth adlandırılır.